İngiltərə Premyer Liqasının 4-cü turunda "Aston Villa" doğma meydanda "Vest Hem" ilə üz-üzə gəlib. 74-cü dəqiqədə Pablo Fornalsın vurduğu yeganə qol "Vest Hem"ə qələbə qazandırıb. 0:1.

Mövsümə yaxşı başlayan "Nyukasl" isə səfərdə xal itkisi ilə üzləşib. Vulverhempton şəhərində yerli komandanın qonağı olan "Nyukasl" futbolçuları ilk hissədə hesabda geri düşüblər. Ruben Neviş fərqlənib. 90-cı dəqiqədə Allan Sen-Maksimenin vurduğu qol "Nyukasl"ı məğlubiyyətdən xilas edib - 1:1.

Debütant "Notingem Forest" isə doğma meydanda "Tottenhem" ilə üz-üzə gəlib. 5-ci dəqiqədə Harri Keyn qonaqları irəli çıxarıb. 29 yaşlı ingiltərəli futbolçu 56-cı dəqiqədə fərqi artırmaq üçün əla fürsət əldə etsə də, penaltidən yararlana bilməyib. Buna baxmayaraq Harri Keyn 81-ci dəqiqədə istəyinə nail olub. O, Rişarlisonun ötürməsini qolla tamamlayıb: “Nottingem Forest” – “Tottenhem” 0:2.